Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Agentliyin və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.
Apellyasiya Şurasının sədri:
Xəyyam Məmmədov – Agentliyin sədrinin birinci müavini
Apellyasiya Şurasının üzvləri:
Fuad Quliyev – Agentliyin Aparatının rəhbəri
Əsəd Şirinov – Agentliyin sədrinin müşaviri
Anar Əliyev – Agentliyin Maliyyə və təminat şöbəsinin müdiri
Rəşad Əliyev – Agentliyin Daxili nəzarət və audit şöbəsinin müdiri
Nərgiz Yusubova – Agentliyin Hüquq və insan resursları şöbəsinin müdiri
Katibliyin rəhbəri:
Toğrul Kərimli – Agentliyin Ümumi şöbəsinin müdiri
Katibliyin üzvləri:
Elman Paşayev – Agentliyin baş məsləhətçisi
Aytən Əmirzadə – Agentliyin Ümumi şöbəsinin şöbə müdirinin müavini – sənəd dövriyyəsinin təşkili sektorunun müdiri
Hafiz Məmmədov – Agentliyin Ümumi şöbəsinin Sənəd dövriyyəsinin təşkili sektorunun baş məsləhətçisi