Fəaliyyət istiqamətləri

Agentliyin fəaliyyət istiqamətləri


• Su ehtiyatlarının idarə olunması

Suyun mənbədən götürülməsi, emalı, nəqli və istehlakçıya çatdırılması.

• Meliorasiya və irriqasiya sistemləri

Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarı

• Su obyektlərinin monitorinqi və mühafizəsi

Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqinin aparılması və mühafizəsinin həyata keçirilməsi

• Su təchizatı

İçməli su təchizatı sistemlərinin istismarı

• Yağış və tullantı suları

Yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı


Xidmətlərin fəaliyyət istiqamətləri


  • Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti

    Fəaliyyət istiqamətləri:

    • Su obyektlərindən istifadə və onların mühafizəsi qaydalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirir.

    • Sudan istifadə limitlərinə nəzarəti həyata keçirir.

    • Su obyektlərindən istifadə və onların mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji və texnoloji tələbləri nəzərdə tutan normativ hüquqi aktlara nəzarəti həyata keçirir.

    • Su mühafizə zonalarının ərazisindən istifadə rejiminə nəzarəti həyata keçirir.

    • Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir.

    • Su və su təsərrüfatı obyektlərinin monitorinqini həyata keçirir.

  • İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

    Fəaliyyət istiqamətləri:

    • Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təminatını həyata keçirir.

    • Yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərir.

  • Regional Su Meliorasiya Xidməti (RSMX)

    Fəaliyyət istiqamətləri:

    • Meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərir.

    • Dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini həyata keçirir.

    • Balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirir.

    • Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təminatını həyata keçirir.

    • Yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərir.