Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu

"Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi " (1947) və "Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu"nun (1960) bazasında 2022-ci ilin avqust ayında "Meliorasiya Elmi-Tədqiqat İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı əsasında "Meliorasiya Elmi-Tədqiqat İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyəti çevrilmə yolu ilə yenidən təşkil edilərək "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" publik hüquqi şəxsi olaraq fəaliyyətə başlamış və "Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutu"nun (1961) elmi-tədqiqat hissəsi də bu instituta birləşdirilmişdir.


İnstitutun fəaliyyəti:

“Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” su və meliorasiya sahəsində fundamental və tətbiqi tədqiqatlar aparan publik hüquqi şəxsdir.
İnstitut müvafiq sahədə elmi-praktiki və eksperimental araşdırmalar aparır, risk qiymətləndirməsi həyata keçirir, texniki normativ hüquqi aktlar hazırlayır, elmi-metodiki tövsiyələr verir və yüksək ixtisaslı mütəxəssislər yetişdirir. Həmçinin, sahənin inkişafı üçün müxtəlif tədbirlər görür və fəaliyyətin elmi əsaslarını hazırlayır.


Elmi tədqiqat istiqamətləri:
•    Su ehtiyatlarının davamlı inteqrasiyalı idarə olunması;
•    Su mənbələrinin hidroekoloji təhlükəsizliyinin qiymətləndirilməsi;
•    Su təchizatı və tullantı sularının kənarlaşdırılması;
•    Torpaqda su-duz rejiminin nizamlanması;
•    Torpaqların bitkilər üçün əlverişli vəziyyətə gətirilməsi;
•    Suvarma sistemlərinin tədqiqi; 
•    Hidrotexniki qurğuların təhlükəsizliyi;
•    Meliorasiya olunmuş torpaqların kənd təsərrüfatı bitkiləri altında mənimsənilməsi.

İnstitut aşağıdakı xidmətləri təqdim edir:
•   Hidroloji, suvarma və meliorasiya;
•   ⁠Laboratoriya (su və torpaq nümunələrinin analizləri,  geotexniki tədqiqatlar), geodeziya və topoqrafik planlama, təlim və təcrübə-konstruktor işləri;
•   Elmi layihələndirmə, elmi işlərin tətbiqi ilə elm tutumlu məhsulların istehsalı və satışı;
•   Su və meliorasiya sahəsində məsləhət-konsaltinq xidmətləri, ödənişli laboratoriya testləri və sınaq işləri;
•   Elmi-praktiki tədbirlərin təşkili;
•   Sifarişlər əsasında elmi araşdırmaların və tədqiqatların aparılması;
•   Su təchizatı, tullantı suları və meliorasiya sahələri üzrə ekspert rəyinin verilməsi, su təsərrüfatı layihələrinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və digər əlaqəli xidmətlər.

İnstitutun tabeliyində Təlim və İnnovasiyalar Mərkəzi fəaliyyət göstərir.

Təlim və İnnovasiyalar Mərkəzinin təlim istiqamətləri aşağıdakılardır:
- Suvarma;
- Meliorasiya; 
- Hidrotexniki qurğuların istismarı;
- İçməli suyun emalı;
- Tullantı sularının idarə olunması;
- Yağış sularının idarə olunması