Gəncə şəhərində Çirkab Su Təmizləyici Qurğu (ÇSTQ) tikintisi layihəsinə dair elan
30 May, 2025 | 09:04
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Gəncə şəhərində Çirkab Su Təmizləyici Qurğu (ÇSTQ) tikməyi planlaşdırır. Nəzərdə tutulan ÇSTQ, Gəncədən 2,3 km şimalda, tikintisinə 1980-ci illərdə başlanmış, lakin yarımçıq qalmış cari ÇSTQ ərazisində inşa ediləcəkdir.
ÇSTQ tikintisi layihəsi üçün maliyyə vəsaitinin Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) təmin edilməsi planlaşdırılır.
Layihə hazırda AYİB-in tələblərinə və milli qanunvericiliyə uyğun olaraq Ətraf Mühitə və Sosial Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) prosesindən keçirilir. ƏMSTQ iki mərhələdə aparılır: Əhatə dairəsinin müəyyən edilməsi və Qiymətləndirmə. Əhatə dairəsinin müəyyənləşdirilməsi ƏMSTQ prosesinin ilk mərhələsidir – bu, ƏMSTQ-nin əhatə dairəsini müəyyən etməyə, əsas ekoloji və sosial problemləri müəyyən etməyə və maraqlı tərəflərlə müzakirə aparmağa xidmət edir. Əhatə dairəsinin müəyyənləşdirilməsi mərhələsinin nəticələrini sənədləşdirmək üçün Əhatə Dairəsi Hesabatı hazırlanmışdır.
Beynəlxalq kreditor standartlarına uyğun olaraq, ADSEA 30 may - 30 iyun 2025-ci il tarixləri arasında 30 günlük əhatə dairəsi hesabatının elan olunma müddətini elan edir və ƏMSTQ-nin Əhatə Dairəsi Hesabatının və Maraqlı Tərəflərin Cəlbolunma Planının (MTCP) layihəsini (İngilis və Azərbaycan dillərində) aşağıdakı linkdə açıqlayır:
Bu sənədlərlə bağlı irad və təkliflər ADSEA-nın internet səhifəsindəki əlaqə məlumatlarından istifadə etməklə ADSEA-ya və ya MTCP-də qeyd olunan əlaqə vasitələrinə göndərilə bilər.
Elan müddətində ilkin qiymətləndirmənin nəticələrini təqdim etmək və bu ilkin planlaşdırma mərhələsində maraqlı tərəflərin rəylərini əldə etmək üçün Gəncə şəhərində, Ziyadlı, Sərkər və İstixana kəndlərində əhatə dairəsi üzrə məsləhətləşmə görüşləri keçiriləcəkdir.