ADSEA tabeliyində olan Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Qlobal Su Sammitində iştirak edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev 18–20 may tarixlərində İspaniya Krallığının Madrid şəhərində keçirilən Qlobal Su Sammitində iştirak edib və bir sıra beynəlxalq sessiyalarda spiker qismində çıxış edib.

18 may tarixində keçirilən “Mərkəzi Asiya Forumu” sessiyasında regional su idarəçiliyi, transsərhəd əməkdaşlıq, su ehtiyatlarının səmərəli idarə olunması və iqlim dəyişikliklərinin yaratdığı çağırışlarla bağlı fikirlərini bölüşüb.

Eyni zamanda, “Mekorot Qlobal Su Tərəfdaşları – Əməliyyat və İnsan Resursları ilə bağlı Çağırışlar” adlı sessiyada su sektorunda peşəkar insan resurslarının hazırlanması və müasir idarəetmə yanaşmaları ilə bağlı müzakirələrdə iştirak edib.

20 may tarixində keçirilən “Duzlu Su ilə Mübarizədə Qələbə: Duzsuzlaşdırma” sessiyasında isə duzsuzlaşdırma texnologiyalarının inkişaf perspektivləri, innovativ həllərin tətbiqi və qlobal su təhlükəsizliyinin təmin olunmasında alternativ su mənbələrinin rolu barədə çıxış edib.

Sammit çərçivəsində keçirilən müzakirələr zamanı su ehtiyatlarının davamlı idarə olunması, iqlim dəyişikliklərinə uyğunlaşma və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb.

Digər