ADSEA sədri 5-ci İstanbul Beynəlxalq Su Forumunun ikinci günü çərçivəsində keçirilən Nazirlər Sessiyasında iştirak edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov 5-ci İstanbul Beynəlxalq Su Forumunun ikinci günü çərçivəsində keçirilən Nazirlər Sessiyasında iştirak edib. 

Sessiya çərçivəsində su ehtiyatlarının qorunması, iqlim dəyişikliklərinin su təhlükəsizliyinə təsiri və qlobal səviyyədə dayanıqlı su idarəçiliyinin gücləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.

Nazirlər Sessiyasından sonra Agentliyin sədri Zaur Mikayılov Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə görüş keçirib. 

Görüş zamanı su ehtiyatlarının idarə olunmasında Türkiyənin təcrübəsi, iqlim dəyişmələrinin regionumuza təsiri ilə birgə mübarizə və gələcəkdə nəzərdə tutulan əməkdaşlıq istiqamətləri müzakirə olunub. 

Forum çərçivəsində həmçinin İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk ilə görüş keçirilib. 

Görüş zamanı su ehtiyatlarının idarə olunması sahəsində statistik məlumat bazalarının inkişafı, rəqəmsal transformasiya, müasir suvarma texnologiyaları və suya qənaət üsulları üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Digər