ADSEA sədri və Agentliyin nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci İstanbul Beynəlxalq Su Formunda iştirak ediblər
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən 5-ci İstanbul Beynəlxalq Su Formunda iştirak ediblər.
“Su Dayanıqlığının Gücləndirilməsi: İnnovasiyadan Fəaliyyətə” mövzusuna həsr olunan forum çərçivəsində su ehtiyatlarının dayanıqlı idarə olunması, iqlim dəyişikliklərinin su sektoruna təsiri, innovativ texnologiyalar və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
Forumun əsas məqsədi müxtəlif ölkələrdən dövlət rəsmilərini, beynəlxalq təşkilatların nümayəndələrini, ekspertləri və su təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssisləri bir araya gətirmək, qlobal su çağırışları ətrafında müzakirələr aparmaq və gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə müzakirələr aparmaq olub.