Sloveniya təşkil edilən Bled Water Forum çərçivəsində ADSEA sədrinin müşaviri çıxış edib

3–4 iyun 2026-cı il tarixlərində Sloveniya təşkil edilən Bled Water Forum çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov açılış nitqi ilə çıxış edib.

Əsəd Şirinov açılış sessiyasında çıxış edərək forumun Ekspert Şurasının üzvü seçilməsindən məmnunluq duyduğunu bildirib, həmçinin Azərbaycanın su ehtiyatlarının idarə olunması, iqlim dəyişikliklərinə uyğunlaşma və su təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Forum çərçivəsində su resurslarının dayanıqlı idarə olunması, COP29-dan irəli gələn öhdəliklərin icrası, innovativ texnologiyalar və beynəlxalq əməkdaşlıq mövzularında keçirilən müxtəlif panel müzakirələrində iştirak olunub.  

Tədbirdə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli, həmçinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və IDEA İctimai Birliyinin rəsmiləri iştirak ediblər.

Forum çərçivəsində Azərbaycanın zəngin təbii sərvətlərinin tanıdılması məqsədilə Kəlbəcər rayonunda istehsal olunan “İstisu” təbii mineral su məhsulları xarici qonaqlara təqdim edilib və böyük maraqla qarşılanıb.

Digər