Su ehtiyatlarının idarə olunması sahəsində peşəkar inkişaf üçün yeni imkan !

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təlim və İnnovasiyalar Mərkəzi tərəfindən 

1 aprel 2026-cı il tarixindən etibarən AZS ISO/IEC 17024 beynəlxalq standartına uyğun sertifikatlaşdırılmış təlim proqramlarına start verilir.

Təlim proqramları su təsərrüfatı və meliorasiya sahəsində çalışan mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, həmçinin beynəlxalq standartlara uyğun ixtisaslaşmış kadrların hazırlanması məqsədi daşıyır.

Təlim istiqamətləri:

İçməli suyun təmizlənməsi, hidrogeologiya, hidrologiya, meliorasiya, torpaqların rekultivasiyası, hidrotexniki qurğular, nasos qurğuları, mexaniki avadanlıqlar, geotexnika, elektrik təsərrüfatı, qaynaq və metal konstruksiya işləri, həmçinin əməyin mühafizəsi üzrə mühəndis və texniki ixtisaslar üzrə təlimlər.

Kimlər iştirak edə bilər?

* Agentliyin və tabeli qurumların əməkdaşları
* Su və meliorasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər
* Bu sahədə bilik və bacarıqlarını artırmaq istəyən digər şəxslər

Qeydiyyat üçün:

+994 55 250 35 88
+994 55 250 35 99

Ünvan: Təlim və İnnovasiyalar Mərkəzi - Bakı şəhəri, Suraxanı r., Hövsan şosesi 1


Su ehtiyatlarının idarə olunması sahəsində beynəlxalq standartlara uyğun peşəkar inkişaf və sertifikatlaşdırmanın əsas ünvanı — Təlim və İnnovasiyalar Mərkəzi.

#SuEhtiyatları #Peşəkarİnkişaf #TəlimİnnovasiyalarMərkəzi

Digər