Lənkəran şəhərində Lənkəran-Astara iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub

Lənkəran şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Lənkəran-Astara iqtisadi rayonu üzrə regional müşavirə təşkil olunub.

Müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə, Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ADSEA-nın yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov və digər dövlət rəsmiləri iştirak ediblər.

Tədbirdə iştirak edən Rafiq Aslanov bildirib ki, Cənab Prezidentin uzaqgörənliyi və verdiyi tapşırıqlar sayəsində respublika ərazisində, o cümlədən Lənkəran-Astara iqtisadi rayonun ərazisində Agentlik tərəfindən müasir su təsərrüfatı infrastrukturunun qurulması və inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib və hazırda da bu işlər davam etdirilir.

Müşavirə çərçivəsində aidiyyəti qurumlar, fermerlər və sahibkarlarla fikir mübadiləsi aparılıb, Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Digər