ADSEA sədri və Türkiyənin Limak Holdinq şirkətinin fəxri prezidenti rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Türkiyənin Limak Holdinq şirkətinin fəxri prezidenti Nihat Özdemirin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Limak Holdinq tərəfindən həyata keçirilən irimiqyaslı su və su təsərrüfatı layihələri, həmçinin Azərbaycan və Türkiyə Respublikalarında son illərdə su sahəsində həyata keçirilən quruculuq işləri barədə fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Limak Holdinq arasında müxtəlif maliyyə modelləri əsasında potensial gələcək əməkdaşlıq perspektivləri də müzakirə edilib.