ADSEA tərəfindən “Yeni Azərbaycan Partiyası: 33 illik milli və siyasi güc” adlı tədbir keçirilib

17 noyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının birgə təşkil etdiyi Yeni Azərbaycan Partiyasının yaranmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: 33 illik milli və siyasi güc” adlı tədbir keçirilib.

Tədbir ADSEA əməkdaşlarının Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarəti ilə başlayıb. Ardınca dövlət himni səsləndirilib, Ulu Öndərin və Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının tarixinə və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən ADSEA sədr müavini İlham Bayramov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və BDU-nun professoru, hüquq elmləri doktoru Zahid Cəfərov partiyanın ölkənin siyasi həyatında oynadığı roldan, dövlətçilik ənənələrinin möhkəmlənməsinə verdiyi töhfələrdən danışıblar.

Daha sonra Yeni Azərbaycan Partiyasının üzvü olan ADSEA əməkdaşlarından 7 nəfərə fəxri fərmanlar təqdim olunub.

Digər