ADSEA sədr müavini və Agentliyin nümayəndə heyəti ilə ITOCHU Corporation və Japan Bank for International Cooperation nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov və Agentliyin nümayəndə heyəti ilə ITOCHU Corporation və Japan Bank for International Cooperation nümayəndələri arasında görüş keçirilib.
Görüş çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması, çirkab sularının idarə olunması, eləcə də su sektorunda müasir və innovativ texnologiyaların tətbiqi istiqamətində fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib, gələcək tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.