“Yaşıl və sağlam gələcək naminə” ağacəkmə kampaniyası keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dekabrın 20-də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Ceyranbatan Su Anbarının ərazisində “Yaşıl və sağlam gələcək naminə” devizi altında ağacəkmə kampaniyası keçirilib.

Kampaniya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Yasamal, Səbail və Nəsimi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Layihə çərçivəsində ərazidə 1500 ədəd sərv və eldar şamı ağacı əkilib, əkilən ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın əsas məqsədi ekoloji mühitin yaxşılaşdırılması, yaşıllıq zolaqlarının genişləndirilməsi, gənclər arasında ətraf mühitə qayğı mədəniyyətinin təşviqi, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, birlik və həmrəyliyin əyani şəkildə nümayiş etdirilməsidir.

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən bu kampaniya suveren ərazilərin yaşıllaşdırılmasına, dövlət qurumlarının ekoloji məsuliyyətinin artırılmasına və həmrəyliyin rəmzi olaraq birgə ekoloji fəaliyyətin təşviqinə xidmət edir.

Digər