ADSEA rəhbərliyi Macarıstandakı Türk Dövlətləri Təşkilatının nümayəndələri ilə görüş keçirib

 
Görüşdə Macarıstandakı Türk Dövlətləri Təşkilatının Nümayəndəlik Ofisinin rəhbəri cənab Balaş Hendriç, Missiya rəhbərinin müavini xanım Rita İzsak, Quraqlığın Qarşısının Alınması İnstitutunun əməliyyat direktoru cənab Laszlo Örlöş, iqtisadi attaşe cənab Daniel Brenner və su diplomatiyası üzrə təcrübəçi cənab Zoltan Trençsenyi iştirak ediblər.
 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini görüşdə sədrin birinci müavini Xəyyam Məmmədov, sədrin müşaviri Əsəd Şirinov, Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilov təmsil ediblər.
 
Görüş zamanı tərəflər arasında quraqlıq risklərinin azaldılması məqsədilə Quraqlığın Monitorinqi Sisteminin qurulması və istifadəsi, Macarıstan institutları tərəfindən hazırlanmış müasir quraqlıq monitorinqi sistemlərinin Azərbaycanın iqlim şəraitinə uyğunlaşdırılması, yerli mütəxəssislər üçün təlimlərin təşkili və bacarıqların artırılması, tərəflər arasında uzunmüddətli əməkdaşlıq və institusional əlaqələrin qurulması və sair müzakirə olunub.
 
Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və gələcək əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

Digər