ADSEA sədri “China Road and Bridge Corporation” şirkətinin rəsmisi və nümayəndə heyəti ilə görüş keçirib
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılov “China Road and Bridge Corporation” şirkətinin rəsmisi cənab Kang Kai və nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı tərəflər Bakı şəhəri və Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində potensial gələcək əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparıblar.