ADSEA sədri “Energy China” şirkətinin nümayəndələri ilə görüş keçirib
29 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri cənab Zaur Mikayılov “Energy China” şirkətinin nümayəndələri ilə görüş keçirib.
Görüşdə sədrin birinci müavini Xəyyam Məmmədov, sədrin müşaviri Əsəd Şirinov, “Energy China International Group”un vitse-prezidenti cənab Bo Vanq və Regional Baş qərargahın Biznesin İnkişafı Departamentinin müdir müavini xanım Culiya Li iştirak ediblər.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq imkanları, xüsusilə yaşıl enerji və enerji səmərəliliyi istiqamətində birgə layihələrin həyata keçirilməsi, eləcə də Hövsan Aerasiya Stansiyasının reabilitasiyası layihəsi müzakirə olunub.