ADSEA və Macarıstanın Su Təsərrüfatı Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb

 
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə Macarıstanın Su Təsərrüfatı Baş İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
 
Sənədin imzalanma mərasimi bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” (Bakı Su Həftəsi) çərçivəsində gerçəkləşib.
 
Qeyd edək ki, Anlaşma Memorandumunu ADSEA-nın sədrinin birinci müavini Xəyyam Məmmədov və Macarıstanın Su Təsərrüfatı Baş İdarəsinin direktoru Istvan Lang imzalayıblar.
 
Memorandum iki ölkə arasında su ehtiyatlarının idarə olunması sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, təcrübə mübadiləsini, yeni texnologiyaların tətbiqini və ortaq layihələrin həyata keçirilməsini nəzərdə tutur.
 
Tərəflər sənədin gələcəkdə Azərbaycan və Macarıstan arasında su təsərrüfatı sahəsində əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
 

Digər