ADSEA “Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” adlı layihə çərçivəsində təşkil edilən tədbirdə fəal iştirak edib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağ Universitetində keçirilən “Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” adlı layihə çərçivəsində təşkil edilən tədbirdə fəal iştirak edib.

Layihənin məqsədi tədris və təlimin bütün səviyyələrində “yaşıl elmin” inteqrasiyasını gücləndirməklə, təhsil sistemində transformativ dəyişikliklərə təkan verməkdir.

Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi “Qarabağın mövcud olan su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi” mövzusunda çıxış edib.

Çıxış zamanı vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri kompleks şəkildə həyata keçirilir, yeni su infrastruktur layihələri icra olunur, kəndlər “ağıllı” konsepsiyalar əsasında yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzurun su ehtiyatlarından səmərəli istifadə isə bölgənin iqtisadi inkişafına, kənd təsərrüfatının dirçəlişinə və əhalinin doğma torpaqlarına qayıdışına mühüm töhfə verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bu kimi təşəbbüslərdə iştirak etməklə, ölkəmizin “yaşıl inkişaf” hədəflərinə və Qarabağda dayanıqlı gələcəyin qurulmasına dəstək olmağı davam etdirir.

Digər