Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri "ACWA Power" şirkətinin idarə heyəti ilə görüş keçirib
08 İyun, 2025 | 15:23
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "ACWA Power" şirkətinin idarə heyətinin sədri Mohammad Abdullah Abunayyan və onun rəhbərlik etdiyi ilə görüş keçirib.
Görüşdə Xəzər dənizinin duzsuzlaşdırılması ilə içməli su istehsalı layihəsi ilə yanaşı dayanıqlı su idarəçiliyi və bərpa olunan enerji sahəsində potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.