“Bakı Su Həftəsi” çərçivəsində IV panel müzakirəsi keçirilib

 
“2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – Baku Water Week” çərçivəsində “Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanın rolu” mövzusunda IV panel müzakirəsi baş tutub.
Panel müzakirəsinə Nevada Universitetinin professoru, Beynəlxalq Hidrogeoloqlar Assosiasiyasının keçmiş prezidenti, ABŞ-dan David Kreamer moderatorluq edib.
 
Müzakirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdirinin müavini Əliağa Əzizov, Böyük Britaniyadan olan müstəqil hidrogeoloq Michael Kehinde, MATE Ətraf Mühit Elmləri İnstitutunun Su Təsərrüfatı və İqlim Uyğunlaşması Departamentinin rəhbəri İstván Waltner, T. G. Masaryk adına Su Tədqiqatları İnstitutunun elmi işlər üzrə direktor müavini Libor Ansorge və Türkiyə Su İnstitutunun (SUEN) keçmiş prezidenti Ahmet Mete Saatçi çıxış ediblər.
 
Panel çərçivəsində su ehtiyatlarının davamlı idarə olunmasında elmin və innovativ həllərin rolu, iqlim dəyişmələrinin təsirlərinin azaldılması yolları, yeni texnologiyaların tətbiqi və regional əməkdaşlığın perspektivləri müzakirə olunub.

Digər