“Baku Water Week” çərçivəsində ADSEA sədri Zaur Mikayılov Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirib
“2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – Baku Water Week” çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirib.
Agentlik tərəfindən görüşdə sədr Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, sədrin müşaviri Əsəd Şirinov və Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə iştirak ediblər.
Görüşdə Asiya İnkişaf Bankını Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal, Regional Direktor, Özəl Sektorun İnkişafı üzrə Enriko Pinali, Direktor, Bazarların İnkişafı və PPP Ofisi üzrə Məhəmməd Azim Haşimi, Böyük Bazar İnkişafı üzrə Məsləhətçi Mütəxəssis Masayuki Kanda, Özəl Sektorun İnkişafı üzrə Baş İnzibatçı Sənan Şabanov və Konsultant Ramazan Səmədov təmsil ediblər.
Görüş zamanı Azərbaycan Respublikasında dövlət–özəl tərəfdaşlığı (PPP) sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, Asiya İnkişaf Bankı ilə potensial Texniki Yardım layihələri təqdim edilib. Həmçinin TAS üzrə razılaşdırılmış sənəd imzalanaraq tərəflərin öhdəlikləri rəsmiləşdirilib.