“Baku Water Week” çərçivəsində alternativ su mənbələrinin idarəedilməsinə dair II panel müzakirəsi keçirilib
Bakıda keçirilən II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar” mövzusunda panel müzakirəsi təşkil olunub.
Panelin moderatoru Sinqapur Su Assosiasiyasının Şura üzvü Marcus Lim olub.
Müzakirələrdə “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Mir Mövsüm Dadaşev, ACWA Power şirkətinin Azərbaycan və Türkiyə üzrə baş direktoru Selim Güven, Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya regionunda Özəl Sektorun İnkişafı üzrə Regional direktoru Enrico Pinali, SOCAR Green şirkətinin baş direktoru Elmir Musayev, İqtisadiyyat Nazirliyinin layihələrin idarə olunması şöbəsinin müdiri Zabir Dibirov və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) baş investisiya mütəxəssisi Nicola Saporiti çıxış ediblər.
Paneldə alternativ su mənbələrinin yaradılması və idarə olunması, innovativ texnologiyaların tətbiqi, dövlət və özəl sektor əməkdaşlığı, eləcə də beynəlxalq maliyyə institutlarının bu sahədə rolu müzakirə olunub.