“Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma” adlı panel müzakirəsi təşkil olunub

Bakıda keçirilən II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – “Baku Water Week” çərçivəsində “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma” adlı panel müzakirəsi təşkil olunub.
 
Panelin moderatoru Xəzər Universitetinin professoru, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) məsləhətçisi Rövşən Abbasov olub.
 
Paneldə çıxış edənlər arasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, Belqrad Universitetinin Mülki mühəndislik fakültəsinin Hidrologiya və Hidrotexnika üzrə professoru Jovan Despotovic, Türkiyə Su İnstitutunun (SUEN) prezidenti Prof. Dr. Lütfi Akca, Asiya İnkişaf Bankının Azərbaycan Nümayəndəliyinin ölkə direktoru Sunniya Durrani-Camal, eləcə də Türk Dövlətləri Təşkilatının Macarıstan nümayəndəliyinin icraçı direktoru, TDT Quraqlığın Qarşısının Alınması İnstitutunun İdarə Heyətinin sədri Balázs Hendrich yer alıblar.
 
Müzakirələr zamanı su ehtiyatlarının davamlı idarə olunması, infrastrukturun müasirləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər