Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində Mərkəzi Laboratoriyanın 9 fiziki-kimyəvi və bakterioloji laboratoriyaları fəaliyyət göstərir. Regional laboratoriyalar müasir avadanlıqlar və cihazlarla təchiz edilmişdir. Bu laboratoriyalarda mühəndis-kimyaçı, kimyaçı, bioloq və nümunə götürənlər fəaliyyət göstərir. Nümunələrin götürülməsi və daşınması üçün xüsusi nəqliyyat vasitəsi mövcuddur ki, bu da analitik proseslərin operativ və etibarlı şəkildə həyata keçirilməsinə imkan yaradır. Bu laboratoriyalarda içməli su mənbələrindən, şəbəkələrdən, abonentlərdən və digər nöqtələrdən götürülmüş nümunələr üzərində fiziki-kimyəvi və bakterioloji analizlər aparılır. Tədqiqatlar təsdiq edilmiş illik plan-qrafiklər əsasında icra olunur və nəticələr qüvvədə olan AZS 929:2023 normativ sənədinin tələblərinə uyğun olaraq qiymətləndirilir. Əldə edilən göstəricilər suyun keyfiyyətinin sanitar-gigiyenik normalara uyğunluğunu müəyyən etməyə imkan verir. Regional laboratoriyaların fəaliyyəti əhalinin sağlamlığının qorunmasına və su ehtiyatlarının səmərəli idarə olunmasına xidmət edir.
Regional laboratoriyaların yerləşdiyi şəhərlər və əhatə etdiyi rayonlar
Quba RFKBL
Ucar RFKBL
Masallı RFKBL
Şirvan RFKBL
Beyləqan RFKBL
Oğuz RFKBL
Göygöl RFKBL
Ağstafa RFKBL
Goranboy RFKBL
Quba
Ucar
Masallı
Şirvan
Beyləqan
Oğuz
Göygöl
Ağstafa
Goranboy, Xocalı r.
Qusar
Göyçay
Cəlilabad
Sabirabad
İmişli
Qəbələ
Gəncə, Kəlbəcər r.
Tovuz
Naftalan
Xaçmaz
Kürdəmir
Lənkəran
Hacıqabul
Saatlı
Zaqatala
Daşkəsən
Şəmkir
Yevlax
Şabran
Ağdaş
Astara
Neftçala
Füzuli
Balakən
Samux
Gədəbəy
Mingəçevir
Siyəzən
Zərdab
Yardımlı
Biləsuvar
Ağcabədi
Qax
Qazax
Lerik
Salyan
Şəki
Görülən işlərin daha da səmərəli və operativ təşkil olunması üçün 6 modul tipli laboratoriyaların işə salınması planlaşdırılır. Modul laboratoriyalara aşağıdakı ərazilər daxildir