8 Noyabr – Zəfər Günü münasibətilə ADSEA sədri və Agentliyin kollektivi Zəfər parkını ziyarət ediblər

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Agentliyin kollektivi Zəfər parkını ziyarət ediblər.

Ziyarət zamanı xatirə daşının önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

8 Noyabr Azərbaycan xalqının qəhrəmanlığını, milli birliyini və tarixi Zəfərini təcəssüm etdirən əlamətdar gündür.

Digər